Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli, sanksiyalı nefti Amerika Birləşmiş Ştatlarına təhvil verəcək.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, bu neft bazar qiymətinə satılacaq.
“Bu vəsaitin Venesuela və ABŞ xalqlarının mənafeyi naminə istifadə olunmasını Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi şəxsən mən təmin edəcəyəm. Mən energetika katibi Kris Raytdan bu planın dərhal həyata keçirilməsini xahiş etdim. O, saxlama gəmiləri ilə daşınacaq və birbaşa ABŞ-dəki boşaltma limanlarına çatdırılacaq”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, D.Trampın sözügedən planı sanksiyalara məruz qalmış Venesuela neftinin ilk dəfə müvəqqəti hakimiyyət tərəfindən ABŞ-yə təhvil verilməsini nəzərdə tutur.
Son xəbərlər
Son Xəbərlər