ABŞ vitse-prezidenti Cey Di Vensin həyat yoldaşı Uşa Vens “Marine Two” helikopterinin pilləkənlərindən düşərkən təhlükəli anlar yaşayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Joint Base Andrews hərbi bazasında lentə alınıb.
Belə ki, ikinci xanım 2 aylıq körpəsini xüsusi “kenquru” çantasında daşıyarkən helikopterin sonuncu pilləsində ayağı sürüşüb.
Uşa Vens son anda tutacaqdan yapışaraq müvazinətini saxlaya bilib və yıxılmaqdan xilas olub.
Hadisədən dərhal sonra onun gülümsədiyi kameraya düşüb.
Son xəbərlər
Son Xəbərlər