“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayarın doğum günüdür

veten-yaxsidir-mahnisi-ile-dastana-donen-xudayarin-dogum-gunudur
Oxunma sayı: 2500

Vətən Müharibəsi şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin bu gün doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olan kiçik gizir Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan uğrunda döyüşlərdə ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid X.Yusifzadə ölümündən sonra “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edərək "gizir" hərbi rütbəsi alıb.