Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib

viktor-orban-azerbaycana-isguzar-sefere-gelib
Oxunma sayı: 1630

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycana işgüzar səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.