Xıdırlıda ağır qəza - 2 ölü, 4 yaralı

xidirlida-agir-qeza
Oxunma sayı: 931

Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəza işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 4 nəfər isə ağır xəsarət alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadalarının iki avtomobili cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilməsi və onların xəstəxanaya çatdırılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdamda baş verın qəza zamanı ölənlərin kimliyi məlum olub.

Məlumata görə, qəza zamanı ölənlərdən birinin Ağdam rayon Xaçındərbənd kənd sakini, hazırda Ağdərə rayonunun Kolatağ kəndində yaşayan 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Cəsarət adlı şəxs olduğu bildirilir.

Ziya Əmirxanlı