“XİN rəhbərlərinin görüşü hələ planlaşdırılmayıb”

xin-rehberlerinin-gorusu-hele-planlasdirilmayib
Oxunma sayı: 836

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş hələ planlaşdırılmayıb”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın XİN rəhbərinin müavini Mnatsakan Safaryan açıqlayıb.

“Hələ ki belə bir məlumat yoxdur”, - deyə Safaryan qeyd edib. 

Bununla yanaşı, İrəvan üçün Bakı ilə vasitəçisiz görüşün məqbul olub-olmaması ilə bağlı suala cavab verən Safaryan bildirib ki, vasitəçilərin iştirakının mütləq olduğu məsələlər var.