Xocavənddə minatəmizləyən şəxs minaya düşdü - Yenilənib

xocavendde-minatemizleyen-sexs-minaya-dusdu
Oxunma sayı: 895

Bu gün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baș verib.

AANAMA-dan “Qafqazinfo”ya verilən xəbərə görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Xocavənd rayonu ərazisində baş vermiş partlayış nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü şəxs (kişi) 02.08.2026-cı il tarixində saat 09:40 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Ziya Əmirxanlı