Yanan obyektdəki şəxslər təxliyə edilib - DİN

yanan-obyektdeki-sexsler-texliye-edilib
Oxunma sayı: 3679

Daxili İşlər Nazirliyi Binəqədi rayonunda obyektdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.