YAP İlham Əliyevin sənədlərini MSK-ya təqdim etdi

yap-ilham-eliyevin-senedlerini-msk-ya-teqdim-etdi
Oxunma sayı: 2076

Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.