“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur”

yararli-herbi-qulluqcular-yararsiz-kimi-qeyd-olunur
Oxunma sayı: 8063

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi şöbələrində potensial  korrupsiya riskləri aşkar edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Dövlət xidmətinin illik hesabatında bildirilib.

Hesabat iclasında bildirilib ki, 2023-cü ildə Dövlət Xidmətinin 78, cari ildə isə 235 əməkdaşı barəsində ciddi intizam tədbiri görülüb.

Ən çox qanunsuzluqlar isə yararlı hərbi qulluqçuların yararsız kimi qeyd olunmasıdır. Hazırda bu cür halların qarşısı sürətlə alınır.

Digər bir məsələ isə qeydiyyat yerlərinin dəyişdirilməsinə cəhd olunması ilə bağlıdır.

Xidmət rəisinin müavini, general-mayor Azər Məmmədovun sözlərinə görə, artıq vətəndaşlar özləri də qanunsuzluqlara cəhd etmir.

Bəzi şöbələrdə potensial korrupsiya risklərinin aşkar edilməsinə gəlincə, bu məsələ ilə bağlı araşdırma aparılır.