Yel çərşənbəsində ən yüksək temperatur 5 il öncə olub

yel-cersenbesinde-en-yuksek-temperatur-5-il-once-olub
Oxunma sayı: 2412

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz, bəzi şərq rayonlarında qısamüddətli yağıntılı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9, Aran rayonlarında 9-13 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

“Qafqazinfo”nun məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, son 10 ilin Yel çərşənbəsində ən yüksək temperatur göstəricisi 2019-cu ildə qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında 19, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 14 dərəcə isti olub.

N.Mahmudovun sözlərinə görə, 2014-cü ilin Yel çərşənbəsində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 16 dərəcə isti, 2015-2016-cı illərdə 13 dərəcə isti, 2017-ci ildə 12 dərəcə isti, 2018-ci ildə 5 dərəcə isti, 2019-cu ildə 19 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 7 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 8 dərəcə isti olub. Bu gün isə 9 dərəcəyədək isti müşahidə olunur.