“Bugatti” şirkəti fərdi sifarişlər üçün nəzərdə tutulmuş “Solitaire” proqramı çərçivəsində tək nüsxədə hazırlanan yeni “Destrier” hiperkarını təqdim edib.
“Qafqazinfo” brendin mətbuat xidmətinə istinadən xəbər verir ki, avtomobil adını orta əsr cəngavər döyüş atından alıb.
Hiperkarın rəsmi təqdimatı avqust ayında Kaliforniyada keçiriləcək məşhur “Monterey Car Week” avtomobil həftəsində baş tutacaq.
Trek üçün nəzərdə tutulmuş “Bugatti Bolide” modeli əsasında yığılan “Destrier” konseptual olaraq ondan fərqlənir. Əgər “Bolide” maksimum aerodinamik effektivlik üçün yaradılmışdısa, “Destrier”də qabarıq spoyler və qanadlardan imtina edilib. Modelin hündürlüyü cəmi 1 metrdir ki, bu da onu brendin ən alçaq avtomobili edir.

Qeyd olunub ki, modelin dizaynı 1930-cu illərin əfsanəvi “Type 57” platformasına istinad edir. Avtomobilin kuzovunda orta əsr zirehli geyimləri üslubunda işlənmiş detallardan, xüsusi “Sapphire Celeste” rəngindən və salonda mis saplarla toxunmuş 3D tekstildən istifadə olunub. Avtomobil 1600 at gücünə malik 8,0 litrlik dördturbina W16 mühərriki ilə təchiz edilib.
.jpg)
Son xəbərlər
Son Xəbərlər