Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı

yuksek-tezyiqe-qarsi-en-effektiv-pehriz
Oxunma sayı: 227

Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib.

Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq bu xəstəliklə mübarizə üçün hazırlanmış DASH pəhrizi olduğunu vurğulayıb.

Həkimin sözlərinə görə, bu pəhriz orqanizmə daxil olan natriumun (duzun) miqdarını azaltmağı və kaliylə zəngin qidalara üstünlük verməyi nəzərdə tutur.

Kardioloq qeyd edib ki, yüksək təzyiqi olan şəxslər rasionda duzu minimuma endirməli, meyvə, tərəvəz, tam taxıl məhsulları və keyfiyyətli zülallara üstünlük verməlidirlər. Doymuş yağların qəbulu isə məhdudlaşdırılmalıdır.

Abelyan əlavə edib ki, DASH pəhrizini Aralıq dənizi pəhrizi ilə də inteqrasiya etmək mümkündür:

“Bu üsulla ürək-damar sisteminə olan faydaları qorumaqla yanaşı, arterial təzyiqin tənzimlənməsini daha da gücləndirmək mümkündür”.