Zelenski danışıqların əsas mövzusunu açıqladı

zelenski-danisiqlarin-esas-movzusunu-aciqladi
Oxunma sayı: 472

“ABŞ-nin təklif etdiyi sülh təşəbbüsü ilə bağlı danışıqlar zamanı tərəflər Donetsk və Luqansk vilayətlərinin gələcəyi ilə bağlı razılığa gələ bilməyiblər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə telefon vasitəsilə verdiyi müsahibəsində bildirib. 

“ABŞ-nin, Rusiyanın və Ukraynanın mövqeyi var, amma bizim Donbas barədə vahid fikrimiz yoxdur”, - Zelenski deyib. 

Ukrayna prezidentinin sözlərinə görə, Kiyev Qərb müttəfiqləri, ilk növbədə ABŞ-dən təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca saziş imzalanmasını israrla tələb edir:

“Mənim və bütün ukraynalıların cavab almaq istədiyi bir sual var: əgər Rusiya yenidən müharibəyə başlasa, tərəfdaşlarımız nə edəcək?”.