Venesuelada iyunun 24-də cəmi 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.
“Qafqazinfo”nun xəbərinə görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkədəki son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı daha 139 nəfər artaraq 5069-a çatıb.
Onun sözlərinə görə, zəlzələlər zamanı 16 min 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Dağıntıların baş verdiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.
Rodriges vətəndaşları xilasetmə işlərinə mane olmamaq üçün şəxsi avtomobillərlə La-Quayra bölgəsinə getməməyə çağırıb. O, humanitar yardımların yalnız rəsmi toplama məntəqələrinə çatdırılmasının vacibliyini vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər