“Zirə” “Səbail”ə qalib gəldi

zire-sebaile-qalib-geldi
Oxunma sayı: 1268

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “ASCO Arena”da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində 77-ci dəqiqədə Giorgi Papunaşvili fərqlənib.

Qeyd edək ki, hazırda Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 30 xalla dördüncüdür. Sonuncu sırada olan “Səbail”in isə 9 xalı var.

Xatırladaq ki, turun bu gün baş tutan digər oyununda “Turan Tovuz” - “Neftçi” matçı heç-heçə nəticələnib - 1:1.