Zirzəmidə köməksiz qalan kişi belə xilas edildi - Video

zirzemide-komeksiz-qalan-kisi-bele-xilas-edildi
Oxunma sayı: 337

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaş köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1978-ci il təvəllüdlü Fətullayev Zaur Fərasət oğlunun onikimərtəbəli yaşayış binasının zirzəmisində yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən Z. Fətullayev zirzəmidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.