Ziyan yarım milyon manata yaxın olub... - İlk dəfə

ziyan-yarim-milyon-manata-yaxin-olub
Oxunma sayı: 953

Xəbər verdiyimiz kimi, Yasamalda biri uşaq olmaqla üç nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb. İlk iclasda tərəflərin vəsatətləri dinlənilib və cinayət işi məhkəmə baxışına verilib.

“Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşı yanğın baş verən binaya dəymiş maddi ziyanın məbləğini də öyrənib.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasına ümumilikdə 419 min 318 manat məbləğində ziyan dəyib. Həmin ziyanın böyük hissəsi - 351 min 897 manatı hazırda təqsirləndirilən Bəhruz Paşayev tərəfindən ödənilib. Bu hal cinayət işində onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilib. İş materiallarında yanğın nəticəsində övladını itirən vəkil Əli Qəmbərova dəymiş maddi ziyanın məbləği də yer alıb. İş materiallarında yazılır ki, ona dəymiş zərər 8 min 744 manat təşkil edir.

Qeyd edək ki, bu iş üzrə əsas məhkəmə baxışı iyulun 30-na təyin edilib.

Həmin iclasda prokuror ittiham aktını elan edəcək.

Sail Ağasəlim