Bakıda 12 yaşlı qız yoxa çıxıb - Foto

Bakıda 12 yaşlı qız yoxa çıxıb
Oxunma sayı: 1962

Bu gün paytaxtda 12 yaşlı məktəbli qız itkin düşüb. 

“Qafqazinfo” nun xəbərinə görə, bu barədə Baku.ws-ə Salayeva Fidanın dayısı Musa məlumat verib. 

Onun sözlərinə görə, bacısı qızı təxminən saat 13-14 radələrində Maştağa qəsəbəsindəki 22 saylı məktəbdən çıxaraq “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 166 saylı avtobusa minib: “Adətən məktəbdən şagirdləri servis avtobusu götürür. Amma bu gün Fidan avtobusa minməyib və sinif yoldaşına Həzi Aslanovda işləyən anasının yanına gedəcəyini bildirərək marşruta əyləşib. Lakin anasının yanına gedib çıxmayıb. Fidanın əynində qırmızı gödəkcə, timsah dərisinə bənzər materialdan hazırlanmış məktəbli çantası olub”. 

Onu görənlərdən (050, 070) 578 30 31 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi