İtaliyanın zenit-raket kompleksi Türkiyədə yerləşdiriləcək

italiyanin-zenit-raket-kompleksi-turkiyede-yerlesdirilecek
Oxunma sayı: 578

İtaliyanın SAMP-T Hava Hücumundan Müdafiə Sistemi Türkiyənin Konya şəhərində yerləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“NATO-nun Daimi Müdafiə Planı çərçivəsində ittifaqın hava hücumundan müdafiəsini gücləndirmək üçün 3-cü Əsas Reaktiv Baza Komandanlığında/Konyada bir İtalyan SAMP-T Hava Hücumundan Müdafiə Sistemi yerləşdiriləcək”, - məlumatda deyilir.