Kürdəmirdə maşınlar aşdı - Sürücülər xəsarət aldı

kurdemirde-masinlar-asdi
Oxunma sayı: 336

Kürdəmirdə iki yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Eynulla Əsgərovun idarə etdiyi “Ravon” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Həmçinin rayonun Sovka kənd sakini, 2002-ci il Toğrul Ağayevin idarə etdiyi “Vaz-21015” markalı avtomobil aşıb.

Nəticədə, hər iki sürücü müxtəlif xəsarətlər alıblar.

Faktlarla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev