Azərbaycan prezidentinin adı 100 ən nüfuzlu şəxsin siyahısında

azerbaycan-prezidentinin-adi-100-en-nufuzlu-sexsin-siyahisinda
Oxunma sayı: 693




Böyük Britaniyanın nüfuzlu "The Times" qəzeti 2012-ci ildə ən məşhur və nüfuzlu olacaq 100 nəfərin siyahısını hazırlayıb. "Qafqazinfo" xəbər veriri ki, həmin siyahıya Azərbaycan Prezidenti İlham Əliyev də daxil edilib.

"Azərbaycan Prezidenti ölkəsinin "dünyada ən sürətlə inkişaf edən ölkə" olduğunu təsdiqləyir və Böyük Britaniya bunu hiss etməyə başlayır: gələcəkdə bizi "Xəzərdə Dubay"la "yoldan çıxartmaq" üçün Bakıda ticarət mərkəzləri və beşulduzlu hotellər çoxalır. Azərbaycan mətbəxinin restoranı Naytsbricdə yenicə açılıb və Condé Nast jurnalın beynəlxalq versiyasının (Bakı) nəşrinə başlayıb", - Britaniya qəzeti yazır.

"The Times" qəzetinin reytinqinə ABŞ Prezidenti Barak Obama, Almaniya Kansleri Angela Merkel, İsrailin Baş naziri Binyamin Netanyahu, Kraliça II Yelizaveta, Apple şirkətinin rəhbəri Tim Kuk, BVF-nin rəhbəri Kristin Laqard və başqaları daxildir.