Binəqədidə ASAN könüllüləri ilə görüş keçirilib - Foto

bineqedide-asan-konulluleri-ile-gorus-kecirilib
Oxunma sayı: 1072

Aprelin 17-də Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 16-cı qrup ASAN könüllüləri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, BRİH başçısının müavini Aygün Əliyeva,İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev və 16-ci qrup ASAN könüllüləri iştirak ediblər.

Görüşü açıq elan edən Elxan Allahverdiyev gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. O, son illərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini bildirib. 

E.Allahverdiyev respublikanın ev sahibliyi etdiyimiz irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimiz böyük uğura imza atmalarının ölkə başçısı İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirib.

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər. Sonda könüllülərlə xatirə şəkli çəkilib.