Bu gün Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov aparatın əməkdaşları və ictimaiyyət nümayəndələri ilə birlikdə Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Cəfərov Famil və Cəfərov Kamil qardaşlarının ailəsini ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, V. Həsənov onların qayğıları ilə maraqlanıb, sosial problemlərinin həlli istiqamətində müvafiq tapşırıq verib.
Şəhidlərin anası Məryəm Cəfərova və onun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirib.





Son xəbərlər
Son Xəbərlər