Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı - Yenilənib

bakida-sagird-mektebin-penceresinden-yixildi
Oxunma sayı: 3409

175 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-ü pəncərədən yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, 175 nömrəli məktəbdən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.