ABŞ Prezidenti Donald Trampın Çin səfəri zamanı nümayəndə heyətində yer alan milyarder iş adamı İlon Mask maraqlı görüntülərlə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, rəsmi tədbir zamanı Maskın Xalq Yığıncaqları Sarayında ən yaxşı görüntünü əldə etmək üçün mobil telefon kamerası ilə müxtəlif rakurslardan çəkiliş etməsi sosial mediada gündəm olub.
Kadrlarda Maskın öz ətrafında fırlandığı görünür.
Eyni tədbirdə ABŞ Dövlət katibi Marko Rubio da Xalq Yığıncaqları Sarayının interyerinə heyranlıqla baxarkən görüntülənib. Onun fikrinin tavanda olması diqqətdən qaçmayıb.
Qeyd edək ki, Pekində keçirilən görüşlərdə ABŞ və Çin arasında ticarət, texnologiya və təhlükəsizlik məsələləri müzakirə olunur. Səfərdə ABŞ administrasiyası ilə yanaşı, texnologiya və biznes dünyasının aparıcı simaları da iştirak edir.
Son xəbərlər
Son Xəbərlər