Dünya və Avropa çempionu Fuad Zeynalov Türkiyənin Antalya şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, idmançımız masterlər arasında həm “light contact”, həm də “kick light” versiyalarında yarışaraq yüksək peşəkarlıq nümayiş etdirib.
Qeyd edək ki, o, cəmi bir gün ərzində 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və ikiqat Dünya Kubokunun sahibi olub.
Son xəbərlər
Son Xəbərlər