Ağdaşda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Hüseyinzadə Eyvaz Hacıkərim oğluna bıçaqla zərbələr endirilib.
Döş qəfəsi nahiyəsindən ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisəni zərər görən şəxsin tanışı, rayon sakini Rasulov Murad Telson oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş RPŞ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. M.Rasulov polis tərəfindən şübhəli şəxs qismində tutulub.
Son xəbərlər
Son Xəbərlər