İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - İrqçiliyə görə

ismayil-abdullayev-serhcilikden-uzaqlasdirildi
Oxunma sayı: 13875

İngiltərə Premyer Liqasının ilk turunda keçirilən və “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” - “Çelsi” matçı zamanı irqçiliyə yol verən şərhçi İsmayıl Abdullayev 1 ay müddətinə efirdən uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Abdullayevin özü İnstaqram hesabında paylaşım edib:

“Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu “Çelsi”nin qaradərili futbolçusu N'Golo Kanteni nəzərdə tutaraq, “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.