“Rayonumuzu Təmiz Saxlayaq” adlı tədbir keçirildi - Foto

rayonumuzu-temiz-saxlayaq-adli-tedbir-kecirildi
Oxunma sayı: 1403

Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq saylı Sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi əsasında növbəti tədbir Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən İctimai Birliklərin və Məktəbəqədər təhsil müəsissələrinin iştirakı ilə tədbirlər planının 1.6-cı bəndinin “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi barədə treninq və seminarların keçirilməsi, söhbətlərin aparılması, məlumatların verilməsi və 4.4-cü bəndinin icrası ilə əlaqədar “Tullantıdan sənətə” sərgisi təşkil edilib.