Mələkxanım Əyyubova və ailəsi -Fotosessiya

melekxanim-eyyubova-ve-ailesi-fotosessiya
Oxunma sayı: 34742

Xalq artisti Mələkxanım Əyyubova 5 noyabr 1962-ci ildə Şamaxıda aşıq Məzahirin ailəsində dünyaya gələn 7 övladın sonbeşiyi olub. Bibisinin himayəsinə verilən Mələkxanımın uşaqlıq və gənclik illəri Bakıda keçib. Musiqiyə marağı olan bu xanım əvvəlcə qarmon dərsləri alıb, sonradan isə xanəndəlik sənətinin sirlərini öyrənib.

Erkən yaşlarında ailə həyatı quran M. Əyyubova hüquq-mühafizə orqanlarında çalışan bəylə ömrünü bağlayıb. Həyat yoldaşının qadağası ilə bir müddət sənətdən ayrılsa da, sənətə olan sevgisi, istedadı qadağaya üstün gələrək yenidən səhnə həyatına qovuşub.

Dörd övlad anası olan xalq artistinin iki oğlu və iki qızı var - Hökümə, Cəfər, Nəzrin, Nicat. Övladlarını incəsənət aləmindən uzaq tərbiyələndirən sənətkar bu yaxınlarda qızı Höküməni gəlin köçürərək qaynana olub.

Böyük oğlu Cəfər Amerikada təhsil alıb və hazırda “Biz Production”da kommunikasiya direktoru işləyir.

M. Əyyubova gənc müğənni Ramal İsrafilovun bibisi, Mirkamil Kamilovun isə xalasıdır.

Nigar Məmmədli