“Lans”a gedecək azərbaycanlı futbolçular

-lansa-gedecek-azerbaycanli-futbolcular
Oxunma sayı: 1539


“Qafqazinfo”nun  Futbolinfo.az saytına istinadən əldə etdiyi məlumata görə, Ülvi Süleymanov, Vüqar Bəybalayev, Mahir Mədətov, Nicat Əsgərov və Valeh Seyidov Fransa klubunun düşərgəsinə yollanacaqlar.

 Yanvarın 11-də “Bakı” ilə İspaniyaya yollanacaq gənc futbolçular burada hazırlığı başa vurduqdan sonra Fransaya yola düşəcəklər və “Lans”ın heyətinə qatılacaqlar.

 Xatırladaq ki, bundan öncə “zolaqlılar”ın 5 futbolçusu - Cavid Mikayıllı, Rahil Əliyev, Qəlbinur Adıgözəlli, Asim Abdullazadə və Ruslan Süleymanov “Atletiko”nun düşərgəsinə göndərilmişdi.