12 illik evlilik bitir

12-illik-evlilik-bitir
Oxunma sayı: 1479

Türkiyəli məşhur aktrisa Pelin Karahanın iş adamı Bedri Güntayla boşanacağı bildirilir.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir müddətdir birlikdə görünməyən cütlük 12 illik evliliklərinə son qoymaq qərarına gəlib.

Evlərini ayıran Pelin Karahan və Bedri Güntay hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, cütlüyün Ali Demir və Eyüp Can adlı iki övladı var.