14 yaşlı qız dəm qazından öldü

14-yasli-qiz-dem-qazindan-oldu
Oxunma sayı: 916

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib.

Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.