16 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - Foto

16-yasli-oglanin-surduyu-masin-elektrik-direyine-cirpildi
Oxunma sayı: 3022

Bərdədə sürətlə hərəkət edən avtomobil elektrik dirəyinə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə 588 saylı qəsəbə ərazisində baş verib.

Həmin qəsəbə sakini 16 yaşlı Məmmədov Rəsul Vasif oğlu VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində yeniyetmə sürücü, eləcə də avtomobildə olan 17 yaşlı Nəcəfov Sərvət Namiq oğlu və Səfərzadə Şirin İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Qeyd edək ki, qəza törədən sürücü 18 yaşına çatmadığından avtomobil idarə etmək hüququna malik deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı