184 dərmanın qiymətində - Dəyişiklik

184-dermanin-qiymetinde
Oxunma sayı: 508

184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov Qərar imzalayıb.

Bildirilib ki, dərman vasitələrinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.

Qərara əsasən, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı linkdə yerləşdirilib.