Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirildi - Video - Yenilənib

motosikletle-vurulan-mektebli-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1656

Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vurub.

İnsidentlə bağlı ərazi polis şöbəsi tərəfindən araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə noyabrın 13-ü baş verib. Həmin vaxt Abşeron rayonu ərazisində A.Hüseynli idarə etdiyi motosikletlə piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Motosiklet sürücüsünün əməlinə hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində polis tərəfindən araşdırmalar davam etdirilir.