Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

zirzemide-iki-il-saxlanilan-pendir-dunyanin-en-yaxsisi-secildi
Oxunma sayı: 413

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan “Komte” pendiri İspaniyanın Kordova şəhərində keçirilən “World Cheese Awards” müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflər heyəti qalibi müəyyənləşdirmək üçün 45 ölkədən gətirilmiş 5330 süd məhsulunu dad, qoxu, görünüş və tekstura baxımından qiymətləndirib.

İtaliya, İsveçrə və İspaniyadan olan güclü rəqiblərin yer aldığı final mərhələsində 14 super hakimin səsverməsi nəticəsində “Komte” pendiri İsveçrə dağ pendiri və fransız qoyun südü pendiri ilə eyni - 81 bal toplayıb. Lakin hakim balları arasındakı ən kiçik fərq göstəricisinə görə bərabərliyi pozan “Komte” birinciliyi əldə edib.

İsveçrə sərhədi yaxınlığındakı Franş-Konte bölgəsində pasterizə olunmamış inək südündən hazırlanan bu pendir 1907-ci ildə əsası qoyulmuş ənənəvi “JuraFlore” ailə şirkəti tərəfindən tarixi “Fort des Rousses” zirzəmilərində yetişdirilib.