ABŞ-də Krista Paykın uğursuz edam cəhdindən sonra ilk ölüm hökmü Texas ştatında icra edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Oktyabrın 7-si axşam saatlarında 46 yaşlı Camaal Hovard adlı məhkuma öldürücü inyeksiya vurulub, bundan 19 dəqiqə sonra onun ölümü təsbit edilib.
Məlumata görə, bu, 2026-cı ildə Texas ştatında icra edilən altıncı edam hökmüdür.
C.Hovard 2000-ci ildə mağaza əməkdaşının qətlində təqsirli bilinib. Belə ki, hadisə zamanı 20 yaşında olan Hovard Hyuston şəhərindən 160 km aralıda yerləşən Silsbee adlı şəhərcikdə atəş açaraq mağaza əməkdaşı Viki Svartoutu qətlə yetirib, mağazadan isə 114 dollar pul və bir qutu siqaret götürüb. Hadisə müşahidə kameraları ilə qeydə alınıb.
Qeyd edək ki, oktyabrın 1-də Tennessi ştatında 50 yaşlı Krista Paykın edamını icra etmək mümkün olmayıb. Ona iki doza ölümcül dərman vurulsa da, məhbus sağ qalıb. Hadisəyə vurulan pentobarbital (inyeksiya üçün preparat - red.) preparatının yararsız olmasının səbəb olduğu qeyd edilib. Təxminən bir həftə reanimasiyada müalicə aldıqdan sonra özünə gələn Paykın danışmağa başladığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər