26 yaşlı oğlanın meyiti tapıldı

26-yasli-oglanin-meyiti-tapildi
Oxunma sayı: 1387

Bakıda gənc oğlanın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

2000-ci il təvəllüdlü Amid Məzahir oğlu Salmanlının meyitini yaxınları evin həyətində aşkar ediblər.

Yaxınlarının bildirdiyinə görə, 2019-cu ildə Amidin atası Məzahir Salmanov 47 yaşında arısancmasından ölübmüş.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.