28 yaşlı gəncin meyiti tapıldı

28-yasli-gencin-meyiti-tapildi
Oxunma sayı: 725

Gədəbəy rayonunda 28 yaşlı gəncin meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Əlişad Quluyevin cansız bədəni yaşadığı evin həyətindəki yardımçı tikilidə tapılıb.

Faktla bağlı Gədəbəy rayonu prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev