32 il sonra eyni “fənər”in işığında... - Fotolar

32-il-sonra-eyni-fenerin-isiginda
Oxunma sayı: 990

Xəbər verdiyimiz kimi, Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” komandaları arasında yoldaşlıq oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Turan Tovuz”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

Komandaların 32 il sonrakı qarşılaşmalarından ən maraqlı anları fotoqrafımız Pərvin Zeynal kamerasının yaddaşına köçürüb: