39 yaşlı kişi maşında infarkt keçirib öldü

39-yasli-kisi-masinda-infarkt-kecirib-oldu
Oxunma sayı: 907

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib.

Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi “VAZ 2107” markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.