44 yaşlı müəllim vəfat etdi

44-yasli-muellim-vefat-etdi
Oxunma sayı: 1388

Gəncə Dövlət Universitetinin  baş müəllimi Kəmalə İsayeva vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 44 yaşında beyin qansızması nəticəsində dünyasını dəyişib.

K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.

Yunis Quliyev