5 il öncə maşında yandırılan kişi və qadının qatili tapıldı

5 il öncə maşında yandırılan kişi və qadının qatili tapıldı
Oxunma sayı: 5489

Azərbaycanda 5 il öncə törədilən cinayətin üstü açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əmıkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib. 7 iyul 2017-ci il tarixdə Quba rayonunun Küpçalqışlar kəndindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılmış “VAZ 2106” markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə cinayət işi başlansa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 25 aprel 2022-ci ildə iş üzrə dayandırılmış icraat təzələnib.

Araşdırmalarla məlum olub ki, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Osman Ömərov Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovaya deşici alətlə, Rəhman İşıqova bıçaqla öldürüb. Daha sonra cinayət izini itirmək üçün qəza görüntüsü yaratmaq məqsədilə onların meyitlərini Rəhmana məxsus avtomobilin içərisində yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci ildə tutulub, iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun: “Mover” məhkəməyə verildi

Ataya “oğlunu əfv etdirəcəm” dedi, 2500 aldı - “Ailəlikcə həbsxananın qarşısında gözlədik”