52 milyon manatlıq narkotik məhv edildi - Foto

52-milyon-manatliq-narkotik-mehv-edildi
Oxunma sayı: 358

Yanvarın 30-u gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən çıxarılmış 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Statistikaya əsasən, ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələri 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.

Məhv edilən narkotik vasitələrin ümumi qiyməti 52 milyondan artıq manatdır.