“Azərikard”dan bank kartlarında yaranan problemlə bağlı - Açıqlama

azerikarddan-bank-kartlarinda-yaranan-problemle-bagli
Oxunma sayı: 1440

Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş hallarla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzin məlumatına görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.

“Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq”, - deyə əlavə edilib.