66 yaşlı kişini motosiklet vurub öldürdü - Foto

66-yasli-kisini-motosiklet-vurub-oldurdu
Oxunma sayı: 559

Yolu keçmək istəyən piyadanı motosiklet vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, Elmir Zeynalov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən rayon sakini, 1960-cı il təvəllüdlü Zəfər Vəliyevi vurub.

O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov