9 yaşlı oğlan dəm qazından öldü

9-yasli-oglan-dem-qazindan-oldu
Oxunma sayı: 760

Samuxda azyaşlı dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Samux şəhərinin 28 May küçəsindəki evlərdən birində qeydə alınıb.

2017-ci il təvəllüdlü M.Əsgərov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.