“Özbəkistanda özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın bu gün keçirilən dayanıqlılıq hesabatına dair brifinqdə bildirib.
Bankın strateji inkişaf planındakı əsas hədəflərdən birinin coğrafi genişlənmə olduğunu deyən sədrin sözlərinə görə, bu hədəfə yönələrək Özbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindədirlər.
“Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda “ABB Davr Bank” adı ilə təmsil olunmağa başlayacaq”, - o əlavə edib.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər